Valideynlərlə övladlar arasında sağlam münasibət ilk növbədə valideynlər arasında sağlam münasibətdən asılıdır.
Xülasə, ata-qız münasibəti uşağın inkişafı üçün ana-qız münasibəti qədər dəyərli və qiymətlidir. Ataları ilə möhkəm və doyurucu münasibət quran qızlar ikitərəfli münasibətlərdə özlərinə daha güvənir və uyğun tərəfdaş seçməkdə çətinlik çəkmirlər, sağlam və mənalı əlaqələr qururlar.
Qızlar üçün ata həyatda qarşılaşdıqları ilk kişidir, ona görə də qurulan münasibət güclü və möhkəm olmalıdır. Həyatın sonrakı dövrlərində romantik münasibətlər (sağlam, özünə inamlı və güclü) belə qurulur.
Az sevgi göstərən ata qızının gələcəkdə öz yoldaşını dərhal seçməsinə, daim sevgisini göstərməsinə, atasını əvəz etməsinə və bu halda yoldaşını sıxmasına səbəb olur. Problemi özündə axtarar, özünə inamı zədələnir və özünü sevməməyə başlayır və güvən problemi yaranır.Ataları ilə ünsiyyətdə olmaq və onları müşahidə etməklə qızlar oğlanlara necə reaksiya verməyi və kişilərin onların cinsinə necə reaksiya verəcəyini öyrənirlər.Atasız qalan qızların bəzilərinin sevgililəri ilə münasibətdə aqressiv, bəzilərinin isə utancaq davranışlar göstərdiyi müşahidə edilir.
Bundan əlavə, atalarından kifayət qədər diqqət və sevgi ala bilməyən qızlar münasibətlərində özündən yaşlı və ya yetkin kişilərə üstünlük verirlər. Atalarından tapa bilmədikləri diqqəti və sevgini belə axtarırlar. Bu bəzən yanlış və ağrılı seçimlərə gətirib çıxarır.Ata ilə yaxşı münasibət qıza həyata daha pozitiv baxmağa imkan verir. Bu qızların liderlik keyfiyyətləri də yüksək səviyyədədir. Bundan əlavə, bu qızların psixi sağlamlıqları asanlıqla pisləşmir.
Qız atası ilə birlikdə kişi cinsini və kişilər dünyasını öyrənir. O, atasının sayəsində gələcəkdə kişilər haqqında edəcəyi ümumiləşdirmələr haqqında biliklərə yiyələnir
Qızlar cəmi altı aylıq olanda ana səsindən fərqli olaraq atalarının səsinə, toxunuşlarına fərqli reaksiya verirlər. Yəni atanı dərk edir və fərqləndirir. Ata da ana kimi uşağın psixososial, psixoseksual və əqli inkişafında rol oynayır. Psixoseksual nəzəriyyəyə görə qızlar təxminən 3-4 yaşlarında atalarına yaxın olmaq istəyirlər. Buna mane olan adamın ana olduğunu zənn edib anaya paxıllıq edir, daha sonra ana ilə eyniləşərək bu prosesi sovuşdururlar.Ata sərt, avtoritar və qorxaqdırsa; Qız utancaq olacaq.O, özünü ifadə etməkdənsə, qapalı qalmağa üstünlük verəcək. Əgər ata daima tənqidi münasibət bəsləyirsə və övladına səhv etmək şansı vermirsə, övladına zərər verir.
Atalara nələrə fikir verməlidir
1.Qız olmasına əsaslanaraq onun maraqlarını əvvəlcədən müəyyən etməyə və ya təzyiq göstərməyə çalışmayın
2.Evinizdə və ya işlərinizdə sizə kömək etsin. O, peşəsindən asılı olmayaraq, öz ayaq üstə duran, karyerasında yüksələcək inamı olan qadın olacaq.
3.Hər zaman onun arxasında olduğunuzu bildirərək qorxduğu şeyləri etməyə sövq edin.
4.Vədlər verin və onlara əməl edin.
5.Bir problemini sizinlə bölüşmək istədikdə, onu keçişdirməyin və ona anasının yanına getməsini söyləməyin. Ona qulaq asın.
6.Onun sürətlə dəyişən bədənini və ya seksuallığa olan maraqlarını tənqid etməyin. Ona öyrədin ki, bunlarda utanılası heç nə yoxdur.
7.Anası ilə birlikdə qərar qəbul edərkən onun qarşısında məsələləri həll edin. Münasibətlərdə qadınların kişilərlə bərabər olduğunu görən və onu təqdir edən birini asanlıqla fərq edər.
8.Dağıdıcı tənqidlər etmək əvəzinə, ona və anasına komplimentlər söyləyin.
9.Ona onu sevdiyinizi deyin
10. Sahib olduğunuz bacarıqları və bildiklərinizi onunla bölüşün.
Bəndəlizadə Nərmin
Uşaq psixoloqu