Öncelikdə məktəbəqədər hazırlığın həm fiziki, həm də psixoloji cəhətdən uşağın həyatında önəmli rol oynadığını qeyd etmək lazımdır.Bildiyiniz kimi, uşaqlarda 3 yaşdan sonra bağça dönəmidir. Bu yaşda onlara bacarıqlar oyunlar əsasında daha çox öyrədilir. Qalibiyyət, məğlubiyyət, paylaşmaq və s. kimi xüsusiyyətləri bu dövrdə öyrənirlər. 5 və 6 yaşda isə uşaqların məktəbəqədər hazırlıq dönəmidir. Həmin dövr uşaqlar üçün çox önəmlidir. Burada parta arxasında oturmaq, nəyi neçə dəqiqə etməli olduğu və bu kimi vərdişlər öyrədilir. Eyni zamanda bağça və məktəbəqədər hazırlıq uşağa valideyndən müəyyən bir müddətliyə ayrı qalmağı, onu gözləməyi öyrədir. Uşağın birbaşa evdən və ya bağçadan məktəbə göndərilməsi yanlışdır. Uzun müddət valideyndən ayrılmayan, həmişə onların yanında olan uşağın birdən-birə məktəbə başlaması onda ciddi psixoloji problemlərə səbəb ola bilir.
Məktəbə başlamaq uşağın həyatında ən önəmli addımdır və onun bütün həyatını əhatə edir. Ona görə də həm valideynlər, həm də məktəb direktorları bu məsələyə daha diqqətli və həssas yanaşmalıdırlar.
Məktəbə başlayacaq uşaqların psixoloji testlərdən keçirilməsi məsləhətdir.
Emotional Zəka üzrə Ekspert, Təlimçi Mentor
İlhamə Axundova